...

Azərbaycanda su və kanalizasiya xidmətlərindən istifadə edənlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2012 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Bu ilin ikinci rübündə içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmış istehlakçıların sayı 17 135 abunəçi və ya 1,6 faiz artıb. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

İyulun 1-nə olan məlumata görə, "Azərsu" ASC ölkə üzrə 1 110 815 abunəçiyə xidmət göstərir. İstehlakçıların 97 faizini əhali, 3 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.

"Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib", - məlumatda deyilir.

"Azərsu" ASC istehlakçıların su sayğacları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin ikinci rübündə 11350 abunəçi sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 534385-ə çatıb. Hazırda abunəçilərin 48,1 faizi sayğacla təmin olunub.

Xəbər lenti

Xəbər lenti