Azərbaycan, Bakı, 1 avqust /Trend/
Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, ev 24 ünvanında Natəvan Rəsulovaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Yeni kolleksiya, 70% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilib. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanıb.
Qanunsuz reklamın yayımının dayandırılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarınını Müdafiəsi Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib.