...

Bakıda mağaza sahibinə maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2012 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bakıda mağaza sahibinə maliyyə sanksiyası tətbiq edilib.

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəb küçəsi, 4a ünvanında Süleyman Süleymanova məxsus mağazada portağal, qarağat nektarlarının və qazlı suların uyğunluq sertifikatı olmadan istehsal edilməsi, düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, habelə istehsal edilən sərinləşdirici içkilərin istehlaka yararsız olması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Süleyman Süleymanova 4,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti