...

Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65 faizə yaxındır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2012 20:08 (UTC +04:00)
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65%-ə yaxındır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci ilin I yarısı üzrə "Pul siyasəti icmalı"nda deyilir.
Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65 faizə yaxındır

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir A.Axundov/

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65%-ə yaxındır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci ilin I yarısı üzrə "Pul siyasəti icmalı"nda deyilir.

2012-ci ilin yanvar-iyun aylarında ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlinə nəzərən 9% artaraq 44 mlrd. dolları ötüb ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir.

"Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və ya güclü makroiqtisadi bufer formalaşdıran faktordur", - icmalda deyilir.

AMB-nin valyuta ehtiyatları isə 5% artaraq 11 mlrd. ABŞ dollarından çox olub ki, bu da təqribən bir illik mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.

"2012-ci ilin ilk yarısında ölkənin xarici mövqeyinin əlverişliliyi qorunub. Dövr ərzində Azərbaycan neftinin orta dünya qiymətinin 115 dollar təşkil etməsi, eyni zamanda, qeyri-neft sektoru üzrə məhsul və xidmətlərə yüksək tələbin mövcudluğu şəraitində xarici ticarət balansında iri həcmli profisit yaranıb", - icmalda qeyd olunur.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən, cari ilin 6 ayında xarici ticarət dövriyyəsi 17.2 mlrd. dollar təşkil edib ki, bunun da 12.7 mlrd. dolları ixracın, 4.5 mlrd. dolları isə idxalın payına düşür. 2012-ci ilin yanvar-iyun aylarında xarici ticarət balansının profisiti 8.2 mlrd. dollar olub.

İxracda yüksək templə artan mallara misal kimi meyvə, maye qaz, çay, tərəvəz və s. göstərmək olar. Bəzi sahələrdə ixrac mallarının miqdarı azaldığı halda, məbləği artmış, bəzilərində isə əks proses qeydə alınmışdır. İdxalı artan mallara isə polietilen, uzunmüddətli istifadə əşyaları, gübrələr, avtomobillər və s. aiddir. İdxalın 1/3-i maşın, mexanizm və nəqliyyat vasitələrindən ibarətdir ki, bu da dövr ərzində 7%-ə yaxın azalıb. Eyni zamanda, bir sıra yeyinti məhsullarında azalmanın qeydə alınması daxili istehsalın genişlənməsinin göstəricisi kimi qiymətləndirilə bilər.

İxracdan əlavə, xaricdən pul baratlarının və kapital axınlarının dinamikası da ölkəyə valyuta daxilolmalarına artırıcı təsir göstərib. Ən ilkin məlumatlara görə, 6 ayda ölkəyə daxil olan pul baratlarının həcmi 791 mln. dollar təşkil edib.

DSK-nın məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi isə I yarımillikdə 5.2% artaraq 1.7 mlrd. dollara çatıb.

Xəbər lenti

Xəbər lenti