...

Bakıda keyfiyyətsiz limonad istehsalı faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2012 15:53 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, I Mədən ünvanında limonad istehsalında tələblərin pozulması faktını aşkar edib.
Bakıda keyfiyyətsiz limonad istehsalı faktı aşkar edilib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Ə.Həsənov/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, I Mədən ünvanında limonad istehsalında tələblərin pozulması faktını aşkar edib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yoxlama zamanı istehsalat sahəsində düşes və tərxun sərinləşdirici içkilərinin müvafiq reseptura olmadan istehsal edilməsi, həmin məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, habelə məhsulların enerji dəyəri barədə məlumatların heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi aşkar olunub.

"Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Zəminə Zeynalovaya 2,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti