...

Azərbaycanda standartlaşdırma və metrologiya sahələrində kadr potensialı gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2012 16:08 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) standartlaşdırma və metrologiya sahələri üzrə kadr hazırlığını gücləndirmək məqsədilə təlim mərkəzi yaradılıb.
Azərbaycanda standartlaşdırma və metrologiya sahələrində kadr potensialı gücləndirilir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) standartlaşdırma və metrologiya sahələri üzrə kadr hazırlığını gücləndirmək məqsədilə təlim mərkəzi yaradılıb.

Komitənin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Mərkəzdə 30-a qədər mövzu üzrə kursların keçirilməsi nəzərdə tutulub. Mövzulara xətalar nəzəriyəsi, ölcmə nəticələrinin qeyri müəyyənliyinin hesablanması, təzyiq, tempratur, elektrik, fiziki-kimyəvi, mexaniki, xətti-bucaq, sərf və miqdar, radio-texniki, həcm və tutum ölcmə vasitələrinin kalibrlənməsi, İSO 22000:2005 "Qida məhsullarının təhlükəsizliyinin idarəedilməsi", standartlaşdırma və sertifikatlaşdırma, istehsalatın metroloji təminatı, beynəlxalq standartlarla uyğunlaşdırılmış dövlətlərarası standartların, o cümlədən QOST 8.586.1-8586 2005 "Измерение расхода количества жидкостей и газов с помощью стандартных сужающих устройство" standartının xüsusiyyətləri, xromatoqrafiya və xromatoqrafların kalibrlənməsi, çənlərin dərəcələnməsi, tamamlığını pozmadan məmulatların və məhsulların keyfiyyətinə nəzarət, müəssisələrdə İSO 9001:2008 "Keyfiyyəti idarəetmə sistemi" standartının tətbiqi və s. aiddir.

Bundan başqa, İSO 14001: 2005 "Ətraf mühitin idarəedilməsi sistemi", OHSAS 18001:2006 "Əməyin təhlükəsizliyinin idatəedilməsi sistemi", İSO/İEK 17025 standartının tələblərinin öyrənilməsi, İSO 19011 "İdarəetmə sistemləri üzrə rəhbəredici göstərişlər", Konkret məhsul üçün müəssisələrdə texniki şərtlərin hazırlanması qaydaları, standartların hazırlanması, onlarda dəyişikliklərin edilməsi və onların ləğv olunması, HACCP (Risklərin analizı və kritik nəzarət noqtələri) sisteminin müəssisələrdə tətbiqi və s. mövzular üzrə də təlimlər planlaşdırılıb.

Kursları bitirənlərə xüsusi vəsiqə və iştirakçı sertifikatı veriləcək. Səriştəlilik və yaxud səlahiyətlilik sertifikatını almaq üçün isə kursu bitirmiş dinləyicilər attestasiyadan kecəcəklər.

Məlumat üçün bildirək ki, ölkədə məhsulların beynəlxalq standartlar əsasında istehsalı, yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və özəl sektorda ixracın stimullaşdırılması, ixrac mallarının çeşidinin artırılması, həmçinin yerli istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsul, mal və xidmətlərlə təmin edilməsi üçün ilk növbədə bu sahədə çalışan kadr potensialının səriştəliliyini və təcrübəsini gücləndirmək tələb olunur. Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən təşkil olunan ixtisasartırma kursları və təşkili planlaşdırılan təlim mərkəzinin fəaliyyəti də məhz istehlakçıların tələblərinə əsaslanan sahibkarlığın inkişafına yardım etmək hədəfi daşıyır.

Kurslarda iştirak etmək istəyən maraqlı tərəflər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) (Keyfiyyəti idarəetmə şöbəsinə) müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti