...

Bakıda Azərbaycan-Hollandiya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2012 11:39 (UTC +04:00)
Sentyabrın 13-də keçiriləcək Azərbaycan-Hollandiya biznes forumunda iştirak edəcək Hollandiyanın nümayəndə heyətinə bu ölkənin baş nazirinin müavini, kənd təsərrüfatı və innovasiyalar naziri Maksim Verhagen başçılıq edəcək. Trend-in məlumatına görə, bu barədə Azpromo-nun şənbə günü yaydığı məlumatda deyilir.
Bakıda Azərbaycan-Hollandiya biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Ə.Həsənov/

Sentyabrın 13-də keçiriləcək Azərbaycan-Hollandiya biznes forumunda iştirak edəcək Hollandiyanın nümayəndə heyətinə bu ölkənin baş nazirinin müavini, kənd təsərrüfatı və innovasiyalar naziri Maksim Verhagen başçılıq edəcək. Trend-in məlumatına görə, bu barədə Azpromo-nun şənbə günü yaydığı məlumatda deyilir.

Azərbaycan-Hollandiya biznes forumu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən dəstəklənəcək.

Hollandiyadan biznes forumda neft-qaz, energetika, su təchizatı, yeraltı infrastrukturlar, tikinti, logistika, müəssisələrdə təhlükəsizlik sistemlərinin quraşdırılması və nəzarət sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri iştirak edəcəklər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yekunları üzrə Azərbaycanla Hollandiya arasında əmtəə dövriyyəsi 147,98 milyon dollar təşkil edib ki, bunun 141,17 milyon dolları holland mallarının idxalının payına düşür.

AZPROMO 2003-cü ildə Azərbaycan hökuməti tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti