...

ABŞ-da alternativ yanacaqla işləyən avtomobillərin yarışı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2012 11:34 (UTC +04:00)
Ənənəvi benzindən imtinanı və metanol, etanol kimi digər yanacaq növlərindən istifadəni təbliğ edən «Yanacaq azadlığı» Fondu ABŞ-da keçirilən “Pikes Peak International” avtomobil yarışlarını dəstəkləmişdir.
ABŞ-da alternativ yanacaqla işləyən avtomobillərin yarışı keçirilib

Ənənəvi benzindən imtinanı və metanol, etanol kimi digər yanacaq növlərindən istifadəni təbliğ edən "Yanacaq azadlığı" Fondu ABŞ-da keçirilən "Pikes Peak International" avtomobil yarışlarını dəstəkləmişdir.

Artıq neçə ildir ki, "Pikes Peak" və "İndianapolis 500" yarışlarında metanol və etanol kimi yanacaq növlərinə üstünlük verilir. Bu il ilk dəfə olaraq "Pikes Peak" yarışlarında elektrik enerjisi ilə işləyən yarış avtomobili də iştirak edib.

Yalnız neftdən alınan benzindən fərqli olaraq, metanolu zəngin ehtiyata malik yerli təbii qaz da daxil olmaqla bir neçə xammal növündən, eləcə də istənilən növ mövcud üzvi maddələrdən və ya ölmüş canlı orqanizmlərdən, məsələn, kənd təsərrüfatı və məişət tullantılarından almaq olur. Bununla belə, nizamlayıcı və kommersiya xarakterli tədbirlər amerikalı sürücülərə metanoldan öz nəqliyyat vasitələri üçün yanacaq kimi istifadə etmələrinə maneə yaradır. Əgər bu əngəllər aradan qaldırılsaydı, metanol, təbii qaz, etanol və elektrik enerjisi kimi yanacaq növləri benzinlə bərabər səviyyədə rəqabət apara bilərdi. İstehlakçılar bir qallon yanacağı cəmi $2 dollara ala bilər və yanacaqdoldurma stansiyalarında hansı yanacağı almaq barədə seçim imkanı əldə edərdilər.

Qeyri-kommersiya təşkilatı olan "Yanacaq azadlığı" (Fuel Freedom) Fondunun həmtəsisçisi Eyal Aronov yarış barədə şərh verərkən demişdir: "Bu yarışlar "Yanacaq azadlığı" Fondu üçün vacib əhəmiyyət daşıyır, çünki onlar peşəkar pilotların öz avtomobillərini hansı yanacaq növü ilə doldurmaqda seçim imkanına malik olduqda metanolu, etanolu və elektrik enerjisini benzindən üstün tutduqlarını əyani şəkildə nümayiş etdirir. Niyə görə biz yanacaqdoldurma stansiyalarına yaxınlaşarkən belə bir seçim imkanına malik ola bilmirik?"

"Yanacaq azadlığı" Fondu partiyasız qeyri-kommersiya təşkilatı olub, Amerikada istehsal olunan daha ucuz və daha təmiz yanacaq növlərinin işlənib hazırlanması yolu ilə ABŞ iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmağa çalışır. Amerikalılar öz avtomobillərini asanlıqla benzinin alternativi olan yanacaq növlərinin tətbiqinə uyğunlaşdıra bilərdilər, lakin onların yolu üzərində köhnəlmiş qaydalar və öz mövqelərini əldən verməyən kommersiya maraqları durur. "Yanacaq azadlığı" Fondu təbii qaz, metanol, etanol və elektrik enerjisi kimi yanacaq növlərinin yanacaqdoldurma stansiyalarında bərabər səviyyədə rəqabət apara bilsin deyə bu sahədə maneələri aradan qaldırmağı qarşısına məqsəd qoyub. Yanacaq azadlığına nail olunması yanacağın qiymətini ucuzlaşdıracaq, yeni iş yerləri yaradacaq və bununla da iqtisadi yüksəlişi stimullaşdıracaq, habelə tullantıların miqdarını azaldacaq və həm dövlət təhlükəsizliyi, həm də qlobal təhlükəsizlik səviyyəsini qaldıracaqdır.

Xəbər lenti

Xəbər lenti