...

“Akkord” Xocalı məktəbini paltar və dərs ləvazimatları ilə təmin edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2012 12:52 (UTC +04:00)
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC doğma yurd-yuvasından didərgin düşmüş, tarixin ən böyük faciələrindən birini yaşamış Xocalı sakinlərinə diqqət və qayğı göstərməkdə davam edir.
“Akkord” Xocalı məktəbini paltar və dərs ləvazimatları ilə təmin edib (FOTO)

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC doğma yurd-yuvasından didərgin düşmüş, tarixin ən böyük faciələrindən birini yaşamış Xocalı sakinlərinə diqqət və qayğı göstərməkdə davam edir. Korporasiya bu dəfə "Bilik günü" ərəfəsində Xocalı məktəbinə daha bir dəstək aksiyası keçirib. Sabunçu rayonunun Qızılqum qəsəbəsində məskunlaşan Xocalı məktəbliləri "Akkord" tərəfindən məktəbli paltarları, dərs ləvazimatları və məktəb avadanlıqları ilə tam şəkildə təmin edilib.

Bundan başqa, Korporasiya tərəfindən Xocalı məktəbinin müəllim və şagird kollektivinin Bakı şəhəri, Xətai rayonunda yerləşən "Xocalı soyqırımı" abidəsini ziyarəti təşkil olunub. Ziyarət zamanı Xocalı məktəbinin müəllim və şagirdləri çıxışlar ediblər. Məktəb şagirdləri onlara göstərilən bu diqqət və qayğının müqabilində öz üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirəcəklərini, ölkəmizə və xalqımıza layiqli övladlar olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Ziyarətdən sonra Xocalı məktəbində yeni təhsil ilinə rəsmi start verilib.

Qeyd edək ki, Sabunçu rayonunun Qızılqum qəsəbəsində yerləşən yeni Xocalı məktəbi ötən il "Akkord" Korporasiyası tərəfindən inşa edilərək müəllim və şagird kollektivinin ixtiyarına verilib.

Qısa müddət ərzində ümumi sahəsi 225 m2 olan 8 sinif otağı, bir kitabxana və müəllimlər otağı tikilərək başa çatdırılıb. Bununla yanaşı, ərazidəki köhnə məktəb binasında da təmir işləri aparılıb, ümumi sahəsi 2400 m2-ə yaxın olan məktəbyanı sahədə yaşıllaşdırma və abadlıq işləri görülüb. Yeni məktəb binasını tamamladıqdan sonra Korporasiya sinif otaqlarının partalar, yazı taxtası və s. məktəb avadanlıqları ilə təminini də həyata keçirib.

Xəbər lenti

Xəbər lenti