...

Azərbaycan-Macarıstan biznes forumu təşkil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2012 18:38 (UTC +04:00)
Oktyabrın 8-də iqtisadi inkişaf naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Macarıstana səfərə gedəcək.
Azərbaycan-Macarıstan biznes forumu təşkil olunacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Oktyabrın 8-də iqtisadi inkişaf naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Macarıstana səfərə gedəcək.

İİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində oktyabrın 8-də Azərbaycan-Macarıstan biznes forumu təşkil olunacaq. Biznes forumda Azərbaycanın biznes və investisiya imkanlarına, Macarıstan iqtisadiyyatına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

Növbəti gün - oktyabrın 9-da isə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclası keçiriləcək.

Macarıstana səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaqdır.

Xəbər lenti

Xəbər lenti