...

Azərbaycan gömrüyü ilin əvvəlindən 60 kq-dan çox narkotik vasitəni dövriyyədən çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 18:18 (UTC +04:00)
2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cinayət xarakterli 207 fakt qeydə alınıb.
Azərbaycan gömrüyü ilin əvvəlindən 60 kq-dan çox narkotik vasitəni dövriyyədən çıxarıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Axundov/

2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cinayət xarakterli 207 fakt qeydə alınıb.

Komitədən Trend-ə verilən məlumata görə, 151 fakt qaçaqmalçılıqla, 61 fakt isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır.

Həmin dövrdə 60,9 kq narkotik vasitə, 9,33 kq psixotrop maddə dövriyyədən çıxarılıb. Gömrük rüsumundan yayınma ilə bağlı üç fakt aşkar olunub.

Bu faktlarla bağlı şübhəli şəxs qismində 241 nəfər saxlanılıb.

Bu dövrdə 10 611 inzibati hüquq pozuntusu aşkar edilib ki, bunun da 98-i qanunsuz daşınma, 217-si isə əşyaların, malların, yaxud pul vəsaitinin qeyri-qanuni keçirilməsi cəhdi ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti