...

Azərbaycan "Growtech Eurasia 2012" sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 12:43 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində XII "Growtech Eurasia 2012" Beynəlxalq Kənd Təsərrüfatı, Bağçılıq və Gülçülük sərgisi keçiriləcək.
Azərbaycan "Growtech Eurasia 2012" sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir C.Nəsibova/

Türkiyənin Antalya şəhərində XII "Growtech Eurasia 2012" Beynəlxalq Kənd Təsərrüfatı, Bağçılıq və Gülçülük sərgisi keçiriləcək. Sərgidə Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından məlumat verilib.

Sərgi dekabrın 5-dən 8-dək keçiriləcək. Sərgi çərçivəsində ikitərəfli görüşlər, eləcə də kənd təsərrüfatına həsr olunmuş seminarlar təşkil ediləcək.

Tədbirdə 650-dən artıq şirkət iştirak edəcək.

XI "Growtech Eurasia 201" sərgisində rekord sayda iştirakçı toplanmışdı: 156-sı xarici olmaqla 604 şirkət və 30 ölkədən 66324 ziyarətçi. Hollandiya, Almaniya, Fransa, Çin və İspaniya milli ekspozisiyalarla iştirak etmişdi.

Sərgi kənd təsərrüfatı və istixanalar sahəsində ixtisaslaşır - bu istixana təsərrüfatının aparılması texnologiyaları, istixanalar üçün materiallar, istixanaların tikintisi, bitkiçilik, şitil, bitkilərin mühafizəsi, gübrələr, qablaşdırma, bitkilərin müdafiəsi, kənd təsərrüfatı maşınları, irriqasiya və nasos sistemləri, arıçılıq, gülçülük təsərrüfatıdır. Həmçinin ticarət, marketinq, maliyyə, məsləhətləşmə, analitika, bioloji müdafiə tədqiqatları sahələrində xidmətlər təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti