...

Bakıda və Gəncədə sahibkarlar və gənclər üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 16:31 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "Biznes-planların hazırlanması üzrə yaradılmış xüsusi proqram təminatından istifadə" mövzularında treninqlər keçirilib.
Bakıda və Gəncədə sahibkarlar və gənclər üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "Biznes-planların hazırlanması üzrə yaradılmış xüsusi proqram təminatından istifadə" mövzularında treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqlərdə İqtisadi İnkişaf Nazirliyinin, Mərkəzin əməkdaşları, eləcə də Bakı şəhərində fəaliyyət göstərən 20-dən çox sahibkar və gənc menecer iştirak edib.

Treninqlərdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramının ("GSP+") əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhərində də gənclər üçün treninqlər təşkil edilib.

"Öz biznes ideyanı yarat və öz biznesinə başla" mövzusunda keçirilən treninqlərdə Mərkəzin Gəncə nümayəndəliyinin, 3 saylı peşə liseyinin əməkdaşları və bu texniki peşə məktəbində təhsil alan gənclər iştirak ediblər.

Treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti