...

İslam İnkişaf Bankı İrana bir milyard avrodan çox kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 16:41 (UTC +04:00)
İslam İnkişaf Bankı su təchizatı sahəsində bir sıra layihələrin həyata keçirilməsi üçün İrana 1,27 milyard avro kredit ayırıb.
İslam İnkişaf Bankı İrana bir milyard avrodan çox kredit ayırıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, Q.Mehdi/

İslam İnkişaf Bankı su təchizatı sahəsində bir sıra layihələrin həyata keçirilməsi üçün İrana 1,27 milyard avro kredit ayırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Fars News" agentliyi İranın Su təchizatı və Kanalizasiya şirkətinin direktor müavini Hüseyn Bonakdaridən sitat gətirir.

Kredit üç il müddətinə verildiyini deyən Bonakdari əlavə edib ki, artıq İİB-in krediti hesabına üç layihənin maliyyələşdirilməsi həyata keçirilir.

Eyni zamanda, şirkətin icraçı direktoru Məhəmməd Pərvəriş deyib ki, İİB artıq noyabrın 21-dək kredit qismində 273 milyon avro ayıracaq.

O qeyd edib ki, layihələrin tam həyata keçirilməsi üçün cəmi 50 trilyon rial (3,2 milyard avro) vəsait lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti