...

BVF və Dünya Bankı Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 20:10 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) gələn il üçün FSAP (Financial Sector Assessment Program) proqramı çərçivəsində Dünya Bankı (DB) ilə birlikdə Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsinin aparılması üzrə planı təxirə salıb.
BVF və Dünya Bankı Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini təxirə salıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov/

Beynəlxalq Valyuta Fondu (BVF) gələn il üçün FSAP (Financial Sector Assessment Program) proqramı çərçivəsində Dünya Bankı (DB) ilə birlikdə Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsinin aparılması üzrə planı təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən mətbuat konfransında BVF-in Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin direktoru Masud Əhməd deyib.

"FSAP-nin qiymətləndirilməsi bu il aparılmalı idi, lakin bu işlərə hazırlaşmaq üçün bizə müəyyən vaxt lazımdır. Buna görə də qiymətləndirmə bir az gec - gələn il olacaq", - Əhməd bildirib.

Departament rəhbəri deyib ki, onun səfəri Raca əl-Marzuqininin başçılıq etdiyi BVF missiyasının səfəri ilə üst-üstə düşüb.

"Bu missiya 2013-cü ilin əvvəlinə təyin edilən IV maddəyə uyğun olaraq növbəti məsləhətləşmələrə hazırlıq çərçivəsində iqtisadi siyasətin perspektivləri və vəzifələrini daha geniş planda müzakirə edir. BVF dövlət orqanlarının makroiqtisadiyyat üçün vacib olan sahələrdə həyata keçirdiyi islahatları dəstəkləmək üçün texniki kömək göstərməyə hazırdır", - Əhməd bildirib.

Onun sözlərinə görə, çox güman ki, müvafiq missiya Azərbaycana 2013-cü ilin martında gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti