...

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin yeni tərkibi təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2012 16:07 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasının qərarı ilə bankın İdarə heyətinin (İH) yeni tərkibi təsdiq edilib.
Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin yeni tərkibi təsdiq edilib

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasının qərarı ilə bankın İdarə heyətinin (İH) yeni tərkibi təsdiq edilib.

Bankdan Trend-ə verilən məlumata görə, qərara əsasən, Emil Mustafayev İdarə Heyətinin üzvü və İdarə heyəti sədrinin birinci müavini, Vaqif Əkbərov İH üzvü və sədr müavini, Qubad Huseynov İH üzvü və sədr müavini təyin ediliblər. Rəşad Hacıyev isə yeni seçilmiş İH üzvü və sədr müavini olub. O, bundan əvvəl ABB Mərkəzi Xəzinə Departamentinin direktoru vəzifəsini tuturdu.

Rəşad Tofiq oğlu Hacıyev 1979-cu ildə Bakıda anadan olub, iqtisadçıdır. Əmək fəaliyyətinə 1999-cu ildə başlayıb. 2000-ci ildən bu günədək ABB-də çalışır. 2011-ci ilin mayında Mərkəzi Xəzinə Departamentinin direktoru vəzifəsinə təyin olunub. 1998-1999-cu illərdə ABŞ hökuməti tərəfindən maliyyələşdirilən iqtisadiyyat proqramının qalibi olub, ABŞ-ın Miçiqan Universitetində təhsil alıb. 2002-2003-cü illərdə Dublin Universitetində magistr dərəcəsi və fərqlənmə diplomu alıb.

Bankın İdarə heyəti səlahiyyətlərini 2015-ci ilə kimi saxlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti