...

2013-cü ildən Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının idarə olunmasında yeni strategiya tətbiq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2012 12:20 (UTC +04:00)
Azərbaycanın strateji valyuta ehtiyatları dekabrın 1-nə 46,5 milyard dollara çatıb ki, bu da üç il ərzində ölkədə mal və xidmət idxalının maliyyələşdirilməsi üçün kifayətdir və dövlətin xarici borclarını doqquz dəfə üztələyir.
2013-cü ildən Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının idarə olunmasında yeni strategiya tətbiq edəcək

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın strateji valyuta ehtiyatları dekabrın 1-nə 46,5 milyard dollara çatıb ki, bu da üç il ərzində ölkədə mal və xidmət idxalının maliyyələşdirilməsi üçün kifayətdir və dövlətin xarici borclarını doqquz dəfə üztələyir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cümə axşamı dərc olunmuş 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

"Strateji ehtiyatlar ümumi daxili məhsulun (ÜDM) 70 faizinə çatır və bu göstərici üzrə ölkə dünyada ilk "15-lik"dədir", - bəyanatın mətnində deyilir.

Mərkəzi Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 14 faiz artaraq 12 milyard dollara yaxınlaşıb.

Mərkəzi Bank 2013-cü ildə özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırılıb.

"Bu strategiya mövcud qlobal iqtisadi şəraitdə ehtiyatların maliyyə alətlərinin və coğrafi strukturunun diversifikasiyasını nəzərdə tutur", - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti