...

DəmirBank-ın "MasterCard" plastik kart sahiblərinə hədiyyə təqdim olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2012 17:15 (UTC +04:00)
DəmirBank-ın nağdsız ödəniş edən "MasterCard" və "Maestro" plastik kart sahiblərinə "Bazarstore" marketində hədiyyələr təqdim olunur.
DəmirBank-ın "MasterCard" plastik kart sahiblərinə hədiyyə təqdim olunur

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

DəmirBank-ın nağdsız ödəniş edən "MasterCard" və "Maestro" plastik kart sahiblərinə "Bazarstore" marketində hədiyyələr təqdim olunur. Aksiya 24 yanvar 2013-cü il tarixinədək davam edəcək. Bu barədə cümə günü Trend-ə bankdan məlumat verilib.

Aksiyanın şərtlərinə görə ən azı 20 manatlıq nağdsız ödəniş edənlərə 1,5 kiloqramlıq Ariel yuyucu tozu hədiyyə olunur. Kassada plastik kartla nağdsız ödənişi bildirən çeki təqdim edərək hədiyyəni dərhal almaq mümkündür.

"DəmirBank" plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - "5 manata kart", "Pulsuz kart", "Xaricdə Təhsil Alanlara Pulsuz Kart" və sair. "DəmirBank" Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.

Plastik kartı Bankın filiallarında və həmçinin http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti