Azərbaycan, Bakı, 21 yanvar/Trend, müxbir N. Kirsxaliya/
Gürcüstan Milli Bankı (GMB) "Paşa Bank"a ölkədə fəaliyyət göstərməsi üçün lisenziya verib. Bu barədə bazar ertəsi Trend-ə GMB-dən deyilib.
"Paşa Bank" Azərbaycanın ən böyük özəl banklarından biridir və əsasən korporativ müştərilərə istiqamətlənib. 2012-ci ilin 3-cü rübünə görə, bankın aktivləri 810 milyon dollar, ödənilmiş kapitalı isə 200 milyon dollar təşkil edib. "Paşa Bank" Azərbaycanın bank sektorunda böyüklüyünə görə ikinci bank hesab edilir", - GMB-dən bildirilib.