...

Bakıda yubanan aviareyslər yola düşməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2013 13:18 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC Bakı-Naxçıvan və Bakı-Tbilisi aviareyslərini yola salmağa hazırlaşır.
Bakıda yubanan aviareyslər yola düşməyə hazırlaşır

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC Bakı-Naxçıvan və Bakı-Tbilisi aviareyslərini yola salmağa hazırlaşır. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Hava LImanından məlumat verilib.

Aeroportdan deyildiyi kimi, artıq Bakıdan Naxçıvana uçan aviareysə qeydiyyat başa çatıb, hazırda Tbilisi aviareysinə minik başlanıb.

"Yaxın saatlarda hər iki aviareys təyinat məntəqəsinə yola salınacaq", - aeroportdan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti