Azərbaycan, Bakı, 30 yanvar /Trend/
"Unibank" peşə bayramları münasibətilə gömrük işçiləri üçün xüsusi kredit aksiyasına başlayıb.
Bankdan Trend-ə verilən məlumata görə, bu gündən fevralın 28-dək davam edəcək aksiya çərçivəsində gömrük əməkdaşları Unibank-dan 2% endirimlə kredit ala biləcəklər. 3-30 ay müddətli kreditin maksimal həcmi 5000 AZN-dir. Minimal əməkhaqqına tələbin olmadığı krediti Azərbaycanda qeydiyyatda olan hər bir gömrükçü ala bilər. "Unibank" nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırdı. Bundan sonra 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək.
"Unibank" müştəriləri üçün arayışsız kreditlərin həcmini də 5000 AZN-dək artırıb. İş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə verilən arayışsız kreditləri bankın bütün paytaxt və rayon filiallarında almaq mümkündür. Müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir. Yeni qaydalara görə, Unibank-dan 3-6 ay müddətinə nağd kredit götürən hər kəsə 6%-lik endirim də edilir.
Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə "Unidirect" xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən eyniadlı filialı günün 24 saatı fəaliyyətdədir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://unibank.az/) və yaxud "Facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.