...

"FinansLizinq" gəlirliliyi 14 faiz olan istiqrazların yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 18:09 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "FinansLizinq" ASC-nin ümumi dəyəri 400 min manat olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydə alıb.
"FinansLizinq" gəlirliliyi 14 faiz olan istiqrazların yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "FinansLizinq" ASC-nin ümumi dəyəri 400 min manat olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydə alıb. Bu barədə Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

Lizinq şirtkəti istiqrazlarının BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması üçün birjaya müraciət edib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 800 istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti illik 14 faiz dərəcəsi və faizlərin ödəniş müddəti 90 gün olmaqla 720 gündür.

Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti