...

Azərbaycanda sığorta sahəsində Avropa İttifaqı standartları tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2013 11:12 (UTC +04:00)
Azərbaycanın sığorta bazarında "Solvency II" beynəlxalq ödəniş qabiliyyətli standartların tətbiqi ortamüddətli perspektivin məsələsidir. Bu barədə Trend-ə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sədri Namiq Xəlilov bildirib.
Azərbaycanda sığorta sahəsində Avropa İttifaqı standartları tətbiq ediləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta bazarında "Solvency II" beynəlxalq ödəniş qabiliyyətli standartların tətbiqi ortamüddətli perspektivin məsələsidir. Bu barədə Trend-ə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sədri Namiq Xəlilov bildirib.

"Bu standartların tətbiqi müəyyən miqdarda peşəkarların, aktuarilərin olmasını tələb edir, çünki bu modellərin hamısını aktuarilər təşkil edir. Bu gün bizdə aktuarilərin lazımi potensialı yoxdur. Bu həftə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə aktuari kurslarının xidmətlərini təqdim edirik. Biz daha çox gəncləri cəlb edirik. Kurslarda əsasən tələbə olan təxminən 40 nəfər iştirak edir", - Xəlilov deyib.

Onun sözlərinə görə, belə standartların tətbiqi üçün Xidmətin özündə də, şirkətlərdə də müəyyən potensial olmalıdır.

"Hazırda biz həmin potensialı qururuq. Paralel olaraq, biz müxtəlif proqramlar çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirməyi və mütəxəssislərimizin yeni sistemin nüanslarına sakitcə yiyələnmələri üçün gələcəkdə daha dar mövzuda seminarların keçirilməsini xahiş etməyi planlaşdırırıq. Biz "Solvency II"nin hansısa elementlərini artıq indi tətbiq etməyə başlaya bilərik. Bundan sonra Aİ 2014-cü ildə bu standartları tətbiq edəndə və bu sistem işləməyə başlayanda artıq hansısa vaxtdan sonra bu standartların tətbiqi ilə bağlı öz qarşımıza müəyyən məqsəd qoya bilərik. Bundan əlavə, gələcəkdə Aİ-nin bu sistemin praktiki tətbiqində bizə kömək etməsi üçün texniki yardım, tvinninq proqramlarına başlamağı və s. xahiş də edə bilərik. Azərbaycanda Solvency II-nin tam tətbiqi yaxın illərin məsələsi deyil. Bu, ortamüddətli perspektivin məsələsidir, çünki bu proses çox mürəkkəbdir", - Xəlilov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti