...

ÜİF: Azərbaycan turizm sahəsində rəqabətə daha davamlı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2013 13:33 (UTC +04:00)
Azərbaycan turizm sahəsində öz rəqabətə davamllığını artırıb.
ÜİF: Azərbaycan turizm sahəsində rəqabətə daha davamlı olub

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan turizm sahəsində öz rəqabətə davamllığını artırıb. Trend-in məlumatına görə, bu barədə Ümumdünya İqtisadi Forumunun (ÜİF) cümə günü yaydığı "Turizm sahəsində rəqabət-2013" (The Travel & Tourism Competitiveness Report 2013) adlı hesabatda qeyd olunub.

İki ildən bir nəşr olunan hesabatda Azərbaycan 83-cü pillədən 78-ci pilləyə yüksəlib.
Bundan başqa, ÜİF-nun məlumatına görə, Azərbaycan turizm sahəsində qanunvericilik bazası üzrə dünyada 46-cı, biznes mühiti və infrastruktura görə 87-ci, turizm sahəsində insan, mədəniyyət və təbiət ehtiyatlarına görə isə 96-cı pillədə qərarlaşıb.

Turizm və səyahət sahəsində əsas kimi bir sıra göstəricilər nəzərə alınır. ÜİF dövlət idarəsinin şəffaflığı və vəziyyətin düzgün qiymətləndirilməsinə görə (dünyada 48-ci pillə), biznesə başlama günlərinin sayına (33), biznesə başlamaq üçün lazım olan xərclərə (33), turizm sahəsinin inkşafının davamlılığına (41), ölkədə təhlükəsizliyin təmin olunmasına (52), səhiyyə və gigiyena sahəsinə (34), 10 min nəfərə düşən xəstəxana çarpayısının miqdarına (8), turistlərin cəlb olunması merketinqin effektivliyinə (44), yanacağın qiymətlərinə (17), dünya əhəmiyyətli tarixi abidələrin sayına görə (45) və s. göstəricilər üzrə Azərbaycanı yüksək qiymətləndirib.

ÜİF Azərbaycanda problemli sahələr kimi vizanın alınması şərtlərini (dünyada 133-cü pillə), keyfiyyətli içməli suyun əldə olunması (112), turizm infrasturukturunun vəziyyəti (109), hava limanında yığımlar və vergilər (121), təhsil sisteminin keyfiyyəti (108), təbii sərvətləri (110) göstərir.

Səyahət və turizm sahəsində rəqabət hesabatı 140 ölkəni əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti