...

Dövlət İdarəçilik Akademiyası ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2013 18:12 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.
Dövlət İdarəçilik Akademiyası ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə, dövlət qurumlarının fəaliyyətinin şəffaf və səmərəli olmasına xüsusi önəm verdiyini vurğulayıb. Rektor respublikada aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın bütün sahələrində dinamik inkişafa nail olunduğunu qeyd edib. Ələkbərov tələbələrin elm, təhsil, eləcə də bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində QKDK-ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi önəm verdiyini bildirib.

Tədbirdə çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı elm və təhsilin inkişafının müasir Azərbaycanın davamlı siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, İdarəçilik Akademiyası ilə əlaqələrin genişləndirilməsinin burada təhsil alan tələbələrin intellektual potensialının zənginləşdirilməsində, elmi bilik və təcrübə bacarıqlarının artırılmasında səmərəli olacağına inandığını qeyd edib. Sədr bu tədbirdə akademiyada təhsil alan bakalavr və magistr dərəcəli tələbələr arasında elan ediləcək müsabiqənin Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində kapital bazarlarında yüksək peşəkarlığın və məlumatlılığın artırılması, eləcə də iqtisadi sahədə biliklər alan tələbələr arasında bu sahəyə marağın artırılması istiqamətində həyata keçirildiyini qeyd edib.

Sonra QKDK ilə Dövlət İdarəçilik Akademiyası arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, "dəyirmi masa"ların, seminarların və müzakirələrin keçirilməsini əhatə edən əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirin davamında QKDK təşkilatçılığı və "Paşa Bank"ın maliyyə dəstəyi ilə Dövlət İdarəçilik Akademiyasında təhsil alan bakalavr və magistr dərəcəli tələbələr arasında "Qiymətli kağızlar bazarının inkişafında tənzimləyicinin rolu" mövzusunda ən yaxşı məqalə müsabiqəsi elan edilərək, müsabiqənin keçirilmə və qiymətləndirmə qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti