...

Azərbaycanda yeni "Renault Megane" modelinin satışına başlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2013 16:22 (UTC +04:00)
Azərbaycan bazarında 2013-cü il kolleksiyalı, yeni "Renault Megane" modelinin satışlarına start verilib.
Azərbaycanda yeni "Renault Megane" modelinin satışına başlanıb (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan bazarında 2013-cü il kolleksiyalı, yeni "Renault Megane" modelinin satışlarına start verilib.

Yenilənmiş model 1,6 l həcmli mühərrik və CVT X-Tronic transmissiyasına malikdir. Bunun müqabilində avtomobili idarə etmək daha rahat və qənaətlidir. "Renault Megane" Bakıya Bursa avtomobil zavodundan təchiz ediləcək. Bu müəssisənin istehsalat gücü ildə 350 000 avtomobil təşkil edir. Onların 30 000-i Renault Megane-ın payına düşür. 2013-cü il kolleksiyasından olan, 1,6 l-lik mühərrik, gücü 114 a.g təşkil edən Megane-ın Expression komplektasiyasında start qiyməti 18 900 manatdır.

"Renault Megane" xetçbekinin üslub və xüsusiliyini yeni ahəngdar görünüşü ifadə edir. İşıq-diodlu hərəkət işıqları "avtomobilin baxışını" daha təsirli edir. Zahirən avtomobil dizaynının elementləri, xromlaşdırılmış qapı qulpları, dumana qarşı fənərlərin haşiyələnməsi, salonun daxili dizaynı ilə bir-birlərini tamamlayır.

Yenilənmiş "Megane"ın interyeri gözə çarpan keyfiyyət duyğusu bəxş edir. Bu istifadə edilmiş materiallara xüsusi diqqət yetirilməsi hesabına mümkün olub: alət panelinin yumşaq örtüyü, davamlılığı ilə yanaşı ləkəyə qarşı üzlüyə malikdir.

Tam komfort və sürücünün rahatçılığını təmin etmək üçün "Megane Collection 2013" geniş çeşidli təchizat təklif edir: "Azad əllər" funksiyalı çip kart, elektrik xromlaşdırılmış ayna, çöl aynaların qatlanan elektrik ötürücüsü, ikiqat "iqlim-kontrol"i, işıq və yağış göstəriciləri, "kruiz-kontrol" və s.

Expression versiyasında ikiqat "iqlim-kontrol" baza şəklində yer alır. Sürücü və qabaqda oturan sərnişin hərarəti ayrı ayrılıqda nizama salaraq, "Soft/Auto/Fast" - üç avtomatik idarəetmə rejiminin köməyi ilə istənilən ventilyasiya səviyyəsini tənzimləyə bilirlər.

Ənənəvi olaraq Renault, sükan arxasında maksimal komfortun qorunub saxlanması ilə yanaşı təhlükəsizlik səviyyəsinin artırılmasına xüsusi önəm verir. Avtomobil müasir aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz edilib: ABS/AFU (fövqəladə tormozlamada yardım), EBD (tormozlamanın elektron paylaşdırıcısi), altı təhlükəsizlik yastığı, tənzimləyəci üçnöqtəli təhlükəsizlik kəmərləri, habelə, opsiyadan asılı olaraq ESP təhlükəsizlik paketi.

Yeni Megane-ın mühərriklər sırasına 1,6 16V (114 a.g.), benzin mühərriki əlavə olunub. Mühərrik Renault-Nissan Alyansı tərəfindən işlənib hazırlanıb, iti dinamikaya malikdir, yanacaq sərfiyyatı və CO2 tullantıları isə aşağı səviyyədədir. Mühərrik sələfindən 8 a.g. güvvətlidir və böyük fırlanma anına malikdir (4250 dövr/dəq. 145 H-m əvəzinə 4000 dövr/dəq-də 155 H-m). Onunla Megane 0-dan 100 km/s sürətə iki saniyə tez (13,9 saniyə əvəzinə 11,9 saniyə) sürətini artırır, həmçinin, orta dövriyyədə mükəmməl elastiklik nümayış etdirir.

Renault Megane-ın Azərbaycanda qiymət və komplektasiyası

Mühərrikin həcmi, l

Mühərrikin gücü, a.g.

Transmissiya

Expression

Dynamique

1,6

114

CVT

18 900 AZN

2,0

142

CVT

20 900 AZN

Məqalədə:
Xəbər lenti

Xəbər lenti