...

"British Airways" London-Bakı-London marşrutu üzrə rəqabətədavamlı şərtlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 15:54 (UTC +04:00)
"British Airways" aviaşirkəti London-Bakı-London maşrutu üzrə rəqabətədavamlı şərtlər və qiymətlər təklif edir.
"British Airways" London-Bakı-London marşrutu üzrə rəqabətədavamlı şərtlər təklif edir

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

"British Airways" aviaşirkəti London-Bakı-London maşrutu üzrə rəqabətədavamlı şərtlər və qiymətlər təklif edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında "British Airways" şirkətinin Mərkəzi Asiya üzrə satış meneceri Mayk Rok bildirib.

Onun sözlərinə görə, aviaşirkətin təyyarələri London-Bakı-London marşrutu üzrə səfərləri ötən ilin noyabr ayından həyata keçirməyə başlayıb və bu uçuşların həyata keçirilməsi üçün "British Airways" London və Bakı arasında uçan A-321 təyyarələrinin salonunu tamamilə yeniləyib.

Rok vurğulayıb: "Təyyarələrin salonunun yenilənməsi həm ekonom, həm də biznes siniflərində həyata keçirilib. Sərnişinlərin daşınması zamanı rahatlığı təmin etmək məqsədilə ən son texniki yeniliklərdən istifadə olunub".

Aviaşirkət London-Bakı marşrutu üzrə hər gün uçuşlar həyata keçirir. Bu marşrut üzrə aviareyslərin yüklənməsindən danışan Rok bildirib ki, aviaşirkət Azərbaycan paytaxtına səfərlərdən razıdır və gələcəkdə də bu marşrut üzrə işləmək niyyətindədir.

Böyük Britaniyanın digər şəhərlərindən Bakıya reyslərin açılması haqqında suala cavab verən Rok vurğulayıb ki, hazırda şirkət bütün diqqətini əsas istiqamətə - London-Bakı-Londonun inkişafına yönəldib. Bununla yanaşı, onun sözlərinə görə, Londondan Britaniyanın digər şəhərlərinə çox rahat uçuşların təşkili üçün bütün imkanlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti