...

Azərbaycan, Türkiyə və Qazaxıstan türkdilli ölkələrdə nəqliyyatın inkişafı sahəsində əməkdaşlıq protokolu imzalayıblar (ƏLAVƏ OLUNUB)(FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2013 14:12 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Qazaxıstanın Nəqiliyyat nazirlikləri çərşənbə günü Bakıda türkdilli ölkələrdə nəqliyyat sahəsinin inkişafı üzrə birgə əməkdaşlığa dair protokol imzalıyıblar.
Azərbaycan, Türkiyə və Qazaxıstan türkdilli ölkələrdə nəqliyyatın inkişafı sahəsində əməkdaşlıq protokolu imzalayıblar (ƏLAVƏ OLUNUB)(FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan, Türkiyə və Qazaxıstanın Nəqiliyyat nazirlikləri çərşənbə günü Bakıda türkdilli ölkələrdə nəqliyyat sahəsinin inkişafı üzrə birgə əməkdaşlığa dair protokol imzalıyıblar.

Trend-in məlumatına görə, protokolu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat naziri Binali Yıldırım və Qazaxıstanın nəqliyyat və telekommunikasiya naziri Əsgər Jumqaliyev imzalayıblar.

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin birinci iclası keçirilir.

Mərasim çərçivəsində, həmçinin Bakı, Aktau və Samsun limanları arasında əlaqələrin inkişafı üzrə anlaşma memorandumu imzalanıb.

Türkiyənin nəqliyyat naziri Binali Yıldırım imzalanma mərasimində deyib ki, limanlar arasında imzalanmış memorandum onlar arasında fəaliyyətin əlaqələndilrilməsi və yaxınlaşması prosesinə töhfə verəcək.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, limanlar su nəqliyyatının inkişafında böyük önəm daşıyırlar, buna görə də onların inkişafı və əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.

Məmmədov xüsusilə qeyd edib ki, 2014-cü ilin iyun ayında Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının birinci fazasını istismara vermək planlaşdırılır.

Azərbaycanın nəqliyyat naziri bildirib: "Yeni limanın yaradılması yükdaşımaların həcminin inkişafına müsbət təsir edəcək və onların işlənməsi prosesini sürətləndirəcək. Digər tərəfdən, bu, həmçinin indiki beynəlxalq limanın şəhərin mərkəzindən kənara çıxarılmasını təmin edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti