Azərbaycan, Bakı, 18 iyul /Trend/
2013-cü ilin yanvar-iyun aylarında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 35 min və ya 2,9 faiz artıb.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1 iyul 2013-cü il tarixinə Azərsu" ASC-də 1 171 065 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 132 575-i və ya 96,7 faizi əhali, 38 490-ı və ya 3,3 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.
2013-cü ilin birinci yarısında əhali qrupu abunəçilərinin sayı 2,6 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 16 faiz artıb. Hesabat dövründə əhali və qeyri-əhali qrupu üzrə abunəçilərin sayındakı artım nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, yeni abunəçilərin qeydiyyata alınması, həmçinin uçot sisteminin təkmilləşdirilməsi hesabına baş verib.
1 iyul 2013-cü il tarixinə "Azərsu" ASC-nin sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 180-ə çataraq sayğaclaşma səviyyəsi 49,3 faiz təşkil edib. Hazırda əhali qrupu abunəçilərinin 48,1 faizi, qeyri əhali qrupu abunəçilərinin isə 86,3 faizi sayğaclarla təmin olunub.
2013-cü ilin yanvar-iyun ayları ərzində 58 min smart-kart sayğacı quraşdırılıb.