...

İran Dünya Bankını borcunun ödənilməsinə mane olmasında ittiham edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2013 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir R.Zamanov/

İran tərəfindən borcun ödənilməməsi haqqında Dünya Bankın bəyanatı qeyri-peşəkar və səhvdir. Bu barədə İranın iqtisadiyyat nazirinin müavini Bəhruz Əlişiri bildirib.

Bundan əvvəl Dünya Bankı elan edib ki, İran artıq yarım ildən çoxdur ki, DB-yə öz borcunun ödənilməsindən yayınır, bununla da borclular dərəcəsinə keçirilib.

Tehranın iyunun 30-na olan borcu 697 milyon dollar təşkil edib. Bu halda gecikdirilmiş borcun miqdarı 79 milyon dollara bərabər olub.

Əlişiri ödəmələrin ləngiməsində qərb sanksiyalarını və bank köçürmələrində yaranmış problemləri ittiham edib.

"Yanvarın 15-nə qədər İran DB-yə 29 milyon dollar ödəməli idi. İran yanvarın 7 və 15-də göstərilən məbləği vasitəçi banka ödəyib, lakin bank pulu köçürə bilməyib," - Əlişiri deyib.

"İranın maliyyə naziri aprelin 21-də Dünya Bankın başçısının müavini ilə görüş keçirib. Görüş zamanı İran DB-dən ABŞ-la və başqa ölkələrlə pul köçürməsinin həyata keçirilməsi üçün İranın bank sistemindən sanksiyaları aradan qaldırmağını müzakirə etməyini xahiş edib," - Əlişiri əlavə edib.

Onun sözlərinə görə, Dünya Bankının maliyyə direktoru iyunun 4-də elan edib ki, Vaşinqton pulun köçürməsinə etiraz etməyib, bundan sonra İran öz borcundan 10 milyon dollara yaxın məbləğ ödəyib.

"Bizim beş ay ərzində pulun köçürülməsi imkanımız olmayıb, bu isə yarımillik müddət kimi hesab edilməməlidir," - Əlişiri deyib.

İran Dünya Bankına bütün borclarını ödəməyə hazırdır, Əlişiri əlavə edib.

Xəbər lenti

Xəbər lenti