...

Azərbaycanda birjadankənar əqdlərin həcmi iyul ayında artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2013 13:16 (UTC +04:00)
Bu ilin iyul ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzi (MDM) nominal qiymət üzrə 63,38 milyon manat həcmində səhmin alqı-satqısı üzrə 398 birja əqdini qeydiyyata alıb.
Azərbaycanda birjadankənar əqdlərin həcmi iyul ayında artıb

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir E.Əliyev/

Bu ilin iyul ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzi (MDM) nominal qiymət üzrə 63,38 milyon manat həcmində səhmin alqı-satqısı üzrə 398 birja əqdini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə MDM-nin yaydığı məlumatda deyilir.

İyulda MDM tərəfindən nominal dəyər üzrə 2,91 milyon manat həcmində 27 birjadankənar əqd və nominal dəyər üzrə 126,89 milyon manat məbləğində əlavə emissiyaya dair 56 əqd qeydiyyata alınıb.

İyulda birja əqdlərinin həcmi 5,5 dəfə artıb.

Müqayisə üçün bu ilin iyul ayında MDM tərəfindən 23,07 milyon manat dəyərində 43 əqd qeydiyyata alınıb.

İllik hesabatda birjadankənar əqdlərin həcmi 75,3 faiz (2012-ci ilin iyul ayında 1,66 milyon manat dəyərində 24 əqd), əlavə emissiya üzrə əqdlərin həcmi isə 4 dəfə (2012-ci ilin iyul ayında 29,17 milyon manat dəyərində 35 əqd) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti