...

Baytarlıq Xidməti: Azərbaycanda yeni virusa yoluxan mal-qaranın 95 faizi sağalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2013 16:42 (UTC +04:00)
Bu günə qədər Azərbaycanda yeni virusa yoluxan iribuynuzlu mal-qaranın təxminən 95 faizi müalicə kursu keçib və tamamilə sağalıb.
Baytarlıq Xidməti: Azərbaycanda yeni virusa yoluxan mal-qaranın 95 faizi sağalıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir A.Axundov/

Bu günə qədər Azərbaycanda yeni virusa yoluxan iribuynuzlu mal-qaranın təxminən 95 faizi müalicə kursu keçib və tamamilə sağalıb. Bu barədə bazar ertəsi Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən bildirilib.

Bunyavirus xəstəliyi üç virusun (Akabane, Şamonda və Aina) birləşməsidir. Xəstəlik-transmissivdir, yəni törədici mikroblar, həşəratlar və gənələr vasitəsilə ötürülür.

Azərbaycanda ilk yoluxma halı 28 iyul 2013-cü ildə qeydə alınıb.

Daha əvvəl Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova bildirib: "Yeni virusun əsas simptomları mal-qaranın ümumi vəziyyətinin pisləşməsi, hərarətin yüksəlməsi və ölü bala doğmaqdır. Ümumilikdə bu məhsuldarlığın kəskin düşməsi ilə nəticələnir. Virusa yoluxan yeddi baş mal-qaranın ölüm faktı qeydə alınıb. Lakin xəstəlik özü bilavasitə ölümlə nəticələnmir. Bütün bu heyvanlar digər xəstəliklərdən də əziyyət çəkirdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti