...

Azərbaycan yenidən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqres Şurasının sədr müavini seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2013 14:56 (UTC +04:00)
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, ASK-nın Baş katibi Məhəmmədəli Əfəndiyev, "Elba" MMC-nin icraçı direktoru Azər Muradov və SSB Konqresinin vitse-prezidenti Yuri Vinoqradovdan ibarət ASK-nın nümayəndə heyəti Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin 10 oktyabr 2013-cü il tarixdə keçirilən X yubiley Qurultayında iştirak ediblər.
Azərbaycan yenidən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqres Şurasının sədr müavini seçilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, ASK-nın Baş katibi Məhəmmədəli Əfəndiyev, "Elba" MMC-nin icraçı direktoru Azər Muradov və SSB Konqresinin vitse-prezidenti Yuri Vinoqradovdan ibarət ASK-nın nümayəndə heyəti Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin 10 oktyabr 2013-cü il tarixdə keçirilən X yubiley Qurultayında iştirak ediblər. Bu barədə ASK-dən Trend-ə daxil olan məlumatda bildirilir.

Qurultay ərəfəsində Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqının rəhbərləri ilə keçirilən görüşdə beynəlxalq işguzar əməkdaşlığın təşkili və iqtisadiyyatın inkişafı məsələləri geniş müzakirə olunub.

Müzakirələrdə, həmçinin Rusiyanın tanınmış iqtisadçı alimləri, Rusiya Prezidentinin köməkçisi, akademik Qlazyev Sergey Yuryeviç, iqtisadçı alim Hagornun Yevgeni Ravxatoviç və digərləri də çıxış etmişlər.

Yeri gəlmişkən, qurultaya hazırlıqla əlaqədar Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin Şura iclası da keçirilib.

Konqresin X qurultayını giriş sözü ilə Konqres Şurasının sədri Baykenov K.K. açıb. Daha sonra tədbirdə rəsmi qonaqların salamlama nitqləri, şuranın və Təftiş komissiyasının hesabatı dinlənilib.

Qurultay nümayəndələrinin bir qrupunun çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Hesabat dövrü ərzində görülmüş işlər müsbət qiymətləndirilib.

Konqresin vitse-prezidenti, Rusiya federasiyası Dövlət Dumasının İqtisadi siyasət üzrə komitəsi sədrinin birinci müavini Şamkov Yuri Veniaminoviç Konqresin Şura sədri, ASK-nın prezidenti Musayev Məmməd Qurban oğlu, Tacikistan Respublikasının Ticarət-Sənaye Palatasının sədri Said Şərif Saidoviç və Estoniyanın İri Müəssisələr Assosiasiyası Rəyasət Heyətinin üzvü Vyaxi Tiyt Şura sədrinin müavinləri, "Yevrokredit" bankının İdarə Heyətinin sədri Pecalov Dmitri Vladimiroviç Konqresin Nəzarət-Təftiş Komissiyasının sədri vəzifələrinə seçiliblər.

Qluxix Viktor Konstantinoviç- SSB Konqresinin prezidenti təyin edilib.

Qurultay, həmçinin Rəyasət Heyətini, vitse-prezidentləri və komitə sədrlərini müəyyən edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti