...

Azərbaycanda indiyədək quraşdırılmış smart-kart tipli su sayğaclarının sayı 160 minə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2013 17:40 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr aylarında 128 min abunəçi ön ödənişli (smart-kart tipli) elektron su sayğacları ilə təmin edilib.
Azərbaycanda indiyədək quraşdırılmış smart-kart tipli su sayğaclarının sayı 160 minə çatıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Cari ilin yanvar-sentyabr aylarında 128 min abunəçi ön ödənişli (smart-kart tipli) elektron su sayğacları ilə təmin edilib. Bununla da 2012-ci ilin əvvəlindən - smart-kart sayğacların tətbiqinə başlanılandan indiyədək quraşdırılmış sayğacların sayı 160 minə çatıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması intensiv şəkildə aparılır.

Qeyd edək ki, ilkin mərhələdə ön ödənişli sayğacların quraşdırılmasına Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda başlanılıb. Hazırda regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri çərçivəsində şəhər mərkəzlərində abunəçilər də smart-kart sayğaclarla təmin olunur. Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa və digər şəhərlərdə abunəçilər smart-kart sayğaclardan istifadə edirlər.

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.

Smart-kart sayğaclarla yanaşı, "Azərsu" ASC tərəfindən magistral xətlər üzərində 28 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında isə 62 ədəd elektromaqnit flens tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilib.

Büdcə təşkilatlarına göstərilən xidmətin uçotunun aparılması üçün isə 350 ədəd mexaniki su sayğacının quraşdırılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti