...

Rüfət Aslanlı: Azərbaycanın qiymətli kağızlar bazarında kifayət qədər köklü yeniliklərə imza atılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2013 17:53 (UTC +04:00)
Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının cari dövrədək Tədbirlər Planının icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə Kollegiya iclası keçirilib.
Rüfət Aslanlı: Azərbaycanın qiymətli kağızlar bazarında kifayət qədər köklü yeniliklərə imza atılıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının cari dövrədək Tədbirlər Planının icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə Kollegiya iclası keçirilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, iclasda QKDK-nın sədri Rüfət Aslanlı Dövlət Proqramının ölkədə müasir bazar infrastrukturunun formalaşmasında əhəmiyyətini xüsusi vurğulayaraq, qiymətli kağızlar bazarında kifayət qədər köklü yeniliklərə imza atıldığını bildirib. R.Aslanlı proqramın effektiv icrasını təmin etmək məqsədi ilə hazırlanmış 2011-2013-cü illər üzrə Tədbirlər Planının uğurla tamamlandığını bildirərək, bu müddət ərzində nəzərdə tutulmuş istiqamətlərdə kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib.

İclasın davamında "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının Tədbirlər Planının icra vəziyyətinin qiymətləndirilməsinə dair təqdimat olunduqdan sonra proqram çərçivəsində gələcəkdə nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri barəsində geniş müzakirələr aparılıb.

Sonda QKDK-nın sədri tərəfindən Dövlət Proqramının 2014-2015-ci illər üzrə Tədbirlər Planın hazırlanması, növbəti müddət ərzində aidiyyəti dövlət orqanlarının iştirakı ilə yaradılmış Əlaqələndirmə Qrupunun fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti