...

Konnekt “Bakutel-2013” sərgisinə yeniliklər və hədiyyələrlə gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2013 14:04 (UTC +04:00)
Konnekt MMC 2-5 dekabr 2013-cü ildə Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel-2013” Beynəlxalq Telekommunikasiya sərgisində iştirak edəcəkdir.
Konnekt  “Bakutel-2013” sərgisinə yeniliklər və hədiyyələrlə gəlir

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Konnekt MMC 2-5 dekabr 2013-cü ildə Bakı Ekspo Mərkəzində keçiriləcək "Bakutel-2013" Beynəlxalq Telekommunikasiya sərgisində iştirak edəcəkdir.

Sərgi iştirakçıları Konnekt MMC-nin stendində Rəqəmsal TV, HD TV, 3D formatlı TV yayımını izləməklə yanaşı, yüksək sürətli fiber optik internet xidmətini sınaqdan keçirə biləcəklər. Sərginin qonaqları Konnekt-in xidmətlər paketi, güzəştli tarifləri, korporativ abonentlər üçün təqdim etdiyi xidmətləri, avtomatlaşdırılmış 159 Zəng Mərkəzi (IVR sistemi) və yeni hazırlanmış internet səhifəsinin imkanları ilə tanış olacaqlar.

Yenilənmiş 159 Zəng Mərkəzində xidmətlər barədə məlumatla yanaşı avtomatik texniki servis və qoşulma sifarişi, balansı yoxlama və balansa artırma xidməti əlavə olunmuşdur.

Konnekt MMC yaratdığı avtomatlaşdırılmış interaktiv cavablandırma sistemini (İVR Sistemi) müəssisə və korporativ müştərilərə yeni məhsul olaraq təklif edir.

Yeni internet səhifəsində də xidmətlərin təqdimatı ilə yanaşı müştəri yönümlü strategiya əsas götürülmüşdür. Bu məqsədlə, yeni internet səhifəsində onlayn məsləhətçi, texniki servis və qoşulma sifarişi, xidmət haqqı və qoşulma haqqınının hesablanması üçün onlayn kalkulyator kimi yeni bölmələr yaradılmışdır.

Sərgidə iştirakçıları maraqlandıran suallar cavablandırılacaq və xidmət göstəriləcəkdir. Həmçinin, sərgi zamanı Konnekt stendini ziyarət edən şəxsləri müxtəlif hədiyyələr gözləyir.

Sizi, 2-5 dekabrda "Bakutel-2013" sərgisinə və Konnekt stendinə dəvət edirik!

"KONNEKT" MMC

Nərimanov r-nu, Ələsgər Qayıbov küç.1222-ci məh, bina 12
Bakı, AZ1029, Azərbaycan

Tel.: Məlumat Mərkəzi 159; +994 12 5108848
Fax: + 994 12 5663967

E-mail: [email protected]

www.connect.az; www.facebook.com/CONNECT.LTD

Məqalədə:
Xəbər lenti

Xəbər lenti