...

Pis hava şəraiti ilə əlaqədar Gürcüstanın yollarında xüsusi rejim qüvvədədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2013 11:24 (UTC +04:00)
Cümə günü ölkənin Avtomobil Yolları Departamentindən Trend-ə verilən məlumata görə, ölkənin bütün ərazisində soyuq hava şəraiti davam edir. Ona görə də yolların bəzi hissələrində müəyyən məhdudiyyətlər tətbiq edilib.
Pis hava şəraiti ilə əlaqədar Gürcüstanın yollarında xüsusi rejim qüvvədədir

Gürcüstan, Tbilisi, 13 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Pis hava şəraiti ilə əlaqədar Gürcüstanın avtomobil yollarında nəqliyyatın hərəkətinə tətbiq edilən xüsusi rejim qüvvədədir.

Cümə günü ölkənin Avtomobil Yolları Departamentindən Trend-ə verilən məlumata görə, ölkənin bütün ərazisində soyuq hava şəraiti davam edir. Ona görə də yolların bəzi hissələrində müəyyən məhdudiyyətlər tətbiq edilib.

Belə ki, Kaxetidə Vaziani-Qombori-Telavi avtomobil yolunun Vaziani-Telavi hissəsində qar və buz səbəbindən qoşqu və yarımqoşqular, eləcə də 30-dan artıq sərnişin avtobusunun hərəkəti qadağan edilib. Digər nəqliyyat vasitələri üçün isə xüsusi zəncirdən istifadə etməklə hərəkətə icazə verilir.

Oxşar məhdudiyyətlər Tbilisi-Bakurtsixe-Laqodexi avtomobil magistralının Tbilisi-Tsnori hissəsində tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti