...

Azərbaycan İnvestisiya Şirkəti: Kənd təsərrüfatı dövlət investisiyalarının prioritet istiqamətlərindən biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2014 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Əliyev/

Ölkə ÜDM-də payı altı faizi ötən kənd təsərrüfatı iqtisadi artıma, şaxələndirməyə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, yoxsulluqla mübarizəyə öz töhfəsini verir və dövlət investisiyalarının prioritet istiqamətləri arasında mühüm yer tutur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf "The Business Year" jurnalına müsahibəsində bildirib.

R.Nəcəf qeyd edib ki, kənd təsərrüfatı ölkədə ən böyük işəgötürəndir və onun payına fəal işçi qüvvəsinin təxminən 40 faizi düşür: "Kənd təsərrüfatı məhsullarının 99,7 faizi özəl sektorda yaradılır".

Onun sözlərinə görə, AİŞ-in yaradılması dövlət-özəl sektor tərəfdaşlığının ilk nümunələrindən biridir: "Kənd təsərrüfatı layihələri sənayedən sonra ikinci yeri tutaraq portfelimizin strukturunda ciddi paya sahibdir və şirkətin investisiya portfelinin demək olar ki, beşdə bir hissəsini təşkil edir. İndiyədək AİŞ bu sektorda müxtəlif layihələrə 28 milyon dollardan artıq sərmayə qoyub".

Şirkət rəhbərinin sözlərinə görə, belə layihələrdən biri "Ağstafa Aqroservis" layihəsidir: "2012-ci ildə yaradılan və ümumi dəyəri 6 milyon dollardan cüzi az olan müəssisə məhsuldarlığın artırılması üçün qabaqcıl aqrotexniki xidmətlər təklif edir və torpaqdan səmərəli istiafdəyə kömək edir. Biz yerli fermerlərin müasir texnologiyalara və gündəlik istifadə üçün avadanlıqlara çıxışını asanlaşdıra biləcəyimizə görə şadıq. Bundan başqa, AİŞ "Dəvəçi Broyler" quşçuluq müəssisəsinə ümumi dəyəri 60 milyon dollardan artıq investisiya yönləndirib. Hələ 2010-cu ildə tərəfimizdən yatırılan 15 milyon dollara yaxın sərmayə Aərbaycanda ən iri quşçuluq təsərrüfatlarından birinin yenidən qurulması və genişləndirilməsinə kömək etdi".

İcraçı direktor əlavə edib ki, bu və hazırda baxılan digər yeni layihələr milli iqtisadiyyatda qeyri-neft sektoruna dəstək məqsədilə yaradılan mexanizmin bir hissəsi kimi AİŞ-in inkişafına öz töhfəsini verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti