...

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 20 faizdən çox artıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2014 18:11 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:54-də yayılıb)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E. Əliyev/

2013-cü ilin yekunları Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 14,152 milyard dollar təşkil edib.

AMB-dən Trend-ə verilən məlumata görə, illik hesabatda AMB-nin valyuta ehtiyatları 21 faiz və ya 2,46 milyard dollar artıb. Müqayisə üçün, 2012-ci il dekabrın 31-nə olan vəziyyətə görə, AMB-nin sərəncamında 11,69 milyard dollar olub.

Ötən ilin I rübünün yekunları üzrə valyuta ehtiyatlarının həcmi 12,33 milyard dollar təşkil edib. II rübdə AMB-nin valyuta ehtiyatları 387,8 milyon dollar artaraq 12,72 milyard səviyyəsinə çatıb. II yarımillikdə valyuta ehtiyatlarının artım dinamikası saxlanılıb: III rübün yekunları üzrə onların həcmi 13,26 milyard dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti