...

Azərbaycana avtomobillərin gətirilməsinə qoyulan məhdudiyyət onların sayına cüzi təsir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2014 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbirlər E.İsmayılov, A.Axundov/

"Avro-4" ekoloji standartına uyğun gəlməyən avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyətin qoyulması, eləcə də perspektivdə respublikada köhnə avtomobillərin istismardan çıxarılması mexanizminin tətbiqi onların sayına cüzi təsir edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, "Avro-4" ekoloji standartına uyğun gəlməyən avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyətin tətbiqi ilk növbədə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərlə bağlıdır.

Bundan başqa, nazir müavini deyib ki, hazırda ölkədə yüksək ekoloji standartlara cavab verməyən köhnə avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması mexanizminin tətbiqi ilə bağlı işlər və müzakirələr aparılır: "Hazırda bu məsələyə, eləcə də köhnə avtomobillərin utilizasiyası məsələsinə, eləcə də kompensasiyaların şərtlərinə və mexanizmlərinə baxılır. Amma bu, respublikadakı avtomobillərin sayına güclü təsir göstərməyəcək, çünki köhnə avtomobillər yeniləri ilə əvəz ediləcək ki, bu da vətəndaşların yaşayış səviyyəsinin artması ilə əlaqədardır".

M.Pənahovun sözlərinə görə, müvafiq olaraq avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyətin tətbiqi və perspektivdə respublikada artıq mövcud olan avtomobillərin istismardan çıxarılması paytaxtdakı tıxac problemini həll etmir. Ona görə də Nəqliyyat Nazirliyi bu problemin həlli üçün avtomobil yollarının genişləndirilməsi, yol ayırıcılarının tikintisi və s. üzrə fəal işlər aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti