...

S&P Azərbaycanın reytinqini "Sabit" proqnozla təsdiq edib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2014 15:23 (UTC +04:00)
"Standard & Poor's" kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini "ВВВ-/А-3" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib.
S&P Azərbaycanın reytinqini "Sabit" proqnozla təsdiq edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər sat 13:46-da çıxıb)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Əliyev/

"Standard & Poor's" kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini "ВВВ-/А-3" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə "Standard & Poor's"un yaydığı xəbərdə deyilir.

Məlumatda bildirilir: "Sabit" proqnoz Azərbaycanda iri neft-qaz yataqlarının işlənməsinin iqtisadi artımı dəstəkləyəcəyi barədə fikrimizi əks etdirir. Lakin bu proqnoz ötən illərdə olduğu kimi yüksək profisiti təmin etməyəcək".

Agentliyin analitikləri qeyd edirlər ki, Azərbaycan genişləndirilmiş hökumətin xalis aktivləri və xarici xalis aktivlər üzrə güclü mövqelərini qoruyur: "Bu aktivlər həmişəki kimi stress vəziyyətləri ehtimalından əhəmiyyətli dərəcədə müdafiəni təmin edir".

Agentliyin hesablamalarına görə, 2013-cü ildə ölkə iqtisadiyyatının artımı 5,8 faiz təşkil edib və bu, 2009-cu ildən sonra ən yüksək göstəricidir: "Neft sektorunun yenicə durğunluqdan çıxmağa başladığı dövrdə xüsusilə infrastruktura ayrılan dövlət xərcləri qeyri-neft sahələrində daha yüksək artım tempinə xidmət edir. Proqnozlarımıza əsasən, ortamüddətli perspektivdə ÜDM-in artımı təqribən 4 faiz təşkil edəcək".

S&P qeyd edir ki, neft hasilatının illik həcmi 2017-ci ilədək təqribən eyni səviyyədə olacaq, lakin qaz hasilatının artan həcmi iqtisadi artıma təkan verəcək: "Biz "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin cədvələ uyğun olaraq 2018-ci ildə başlayacağını gözləyirik".

Analitiklərin fikrincə, kapital xərclərin payı yüksək olaraq qalır, yəni məcmu xərclərin 40 faizi səviyyəsindədir: "Fikrimizcə, bu, ölkə iqtisadiyyatında maliyyə şokları halında büdcənin çevikliyini təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti