...

Gəncə və Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2014 16:06 (UTC +04:00)
Fevralın 12-də Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabad rayonununda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Marketinq” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilmişdir.
Gəncə və Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Fevralın 12-də Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabad rayonununda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Marketinq" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirakçılara biznes-planın mahiyyəti və tərtib edilməsi metodikası, istehsalat və maliyyə planları və s. barədə ətraflı məlumatlar verilmiş, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilmişdir.

Tədbirdə, həmçinin marketinq, onun növləri, prinsipləri və istiqamətləri, məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam olunması barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhərində gənclər üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Treninqdə gənclərə biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilmişdir.

Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə geniş məlumat verilmişdir.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti