...

NİSSAN-dan Bahar sevinci!

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2014 16:05 (UTC +04:00)
"Nissan Azərbaycan" Bahar kampaniyası ilə avtomobil sahibi olmaq istəyənlərə inanılmaz endirimlər edib.
NİSSAN-dan Bahar sevinci!

Azərbaycan, Bakı, 5 mart /Trend/

"Nissan Azərbaycan" Bahar kampaniyası ilə avtomobil sahibi olmaq istəyənlərə inanılmaz endirimlər edib.

Daim avtomobil sevərləri sevindirməyə çalışan "Nissan Azərbaycan" endirim kampaniyasına start verdi. Kampaniya müddətində sərfəli şərtlərlə "Nissan" modelini əldə etmək və müasir, dəbli və ən önəmlisi yapon keyfiyyətinə əlverişli şərtlərlə sahib olmaq olar.

Şəhərin bütün yollarında ən yaxşı və etibarlı yol yoldaşınız, qənaətcil "Nissan Micra" cəmi 11 800 manat.

Ekstravaqant görünüşlü dinamik krossover "Nissan Juke" cəmi 17 400 manat.

Aqressiv şəhərli "Nissan Qashqai" cəmi 18 800 manat.

Hər cür yol şəraitinə uyğun "Nissan X trail" cəmi 24 800 manat.

Keyfiyyəti və etibarlılığı özündə cəmləyən "Nissan Altima" 22 900 manat.

Əfsanəvi yolsuzluq avtomobili "Nissan Patrol" isə 72 800 manat.

İndi bütün "Nissan" modellərini cəmi 15% ilkin ödəniş etməklə, 1 ildən 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar. İllik faiz 16%-dən başlayaraq müştərilərə təqdim edilir.

Həmçinin avtomobillərin yeni şərtlərlə bank krediti əsasında satışı da davam etdirilir.

Bundan əlavə, "Nissan Azərbaycan" "Nissan" salonlarından alınan bütün "Nissan" modellərinə 5 il və ya 155 000 km zəmanət verir.

2014-cü il bahar müjdəsini "Nissan"dan alın!

Kampaniya mart ayının 31-dək davam edəcək.

"NURGÜN Motors" MMC şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribüteridir. Şirkət "Nissan" markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 5 ünvanda, həmçinin Gəncə, Lənkəran, Şəki və Quba şəhərləində salonları fəaliyyət göstərir. "Nurgün Motors"un salonlarda alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti