...

Xorvatiya Azərbaycan investorlarını iri kurort kompleksinin bərpasına dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2014 17:42 (UTC +04:00)
Xorvatiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyi və Turizm Nazirliyi tərəfindən Kupari İ sahəsi ilə bağlı tikinti və əmlakın istifadəsi hüququnun əldə edilməsinə dair xarici sərmayədarlar tərəfindən maraq ifadələrinin təqdimatı üçün dəvət elan edilib.
Xorvatiya Azərbaycan investorlarını iri kurort kompleksinin bərpasına dəvət edir

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Əliyev/

Xorvatiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyi və Turizm Nazirliyi tərəfindən Kupari İ sahəsi ilə bağlı tikinti və əmlakın istifadəsi hüququnun əldə edilməsinə dair xarici sərmayədarlar tərəfindən maraq ifadələrinin təqdimatı üçün dəvət elan edilib. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Dubrovnik şəhərində yerləşən Kupari turizm kompleksi keçmiş hərbi istirahət mərkəzidir. Hazırda bu kompleksin bir hissəsi (Kupari İ) dəniz sahilində yerləşən 1626 yerlik 5 hotelden ibarətdir. Tenderdə iştirakın dəyəri 15 min xorvat kunu (təxminən 2719 ABŞ dolları) təşkil edir.

Layihə Xorvatiya hökuməti tərəfindən strateji layihə kimi qiymətləndirilir. Bu isə o deməkdir ki, əgər maliyyələşdirmə Aİ fondları ilə birlikdə həyata keçirilərsə, kurorta sərmayələrin ümumi həcmi 20 milyon avrodan az olmamalıdır.

Maraq ifadəsinə dair məktub Xorvatiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyinə 30 gün müddətində təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti