...

"DəmirBank"ın səhmdarları İdarə Heyətinin tərkibində dəyişiklik edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2014 12:48 (UTC +04:00)
"DəmirBank"ın səhmdarları ümumi yığıncaqlarında bankın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibində dəyişiklik edəcəklər.
"DəmirBank"ın səhmdarları İdarə Heyətinin tərkibində dəyişiklik edəcəklər

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Əliyev/

"DəmirBank"ın səhmdarları ümumi yığıncaqlarında bankın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibində dəyişiklik edəcəklər. Trend-in məlumatına görə, bu barədə bankın İdarə Heyətinin çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatında bildirilir.

Bankın səhmdarlarının iyunun 28-də keçiriləcək ümumi yığıncağının gündəliyinə 2013-cü il ərzində bankın yoxlanılmış balans hesabatının, investisiya qiymətli kağzılar haqqında illik hesabatın təsdiqlənməsi, bankın Nizamnaməsinə, səhmdarların ümumi yığıncağına, Müşahidə Şurası, İdarə Heyəti və Auditor komitəsinə dəyişikliklər edilməsi, eləcə də mənfəətin bölüşdürülməsi kimi məsələlərin müzakirəsi daxil edilib.

Ölkənin ilk kommersiya bankı olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" Fitch Ratings və Planet Rating agentliklərinin "pozitiv" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti