Azərbaycan, Bakı, 27 may /Trend/
Albalı Plus (Albalı) kartı ilə ödəniş et, hədiyyə dəqiqələr qazan.
"Bakcell" abunəçiləri Hesab.az portalında hər 5 AZN-lik ödəniş üçün 10 dəqiqəlik pulsuz danışıq hədiyyəsi qazanırlar. Hər 10 AZN-lik ödəniş 20 dəqiqəlik danışıq müddəti hədiyyə deməkdir. Ödənişin həcmi artdıqca, hədiyyə danışıq dəqiqələri də artır.
Nağdsız ödənişlərə hər zaman xüsusi diqqət yetirən "Unibank" müştəriləri üçün kredit ödənişi və sifarişi üçün çoxsaylı xidmət formalarından istifadə imkanı yaradıb. Bank müştəriləri artıq filiallara gəlmədən, Hesab.az saytından kredit ödənişlərini həyata keçirə və sifariş edə bilirlər.
Unibank-ın Albalı kartı sahibləri də artıq xeyli vaxdır ki, Hesab.az ödəmələr portalından onlayn ödənişlərini həyata keçirə bilirlər. Belə ki, bankın Albalı Plus (Albalı) taksit kartları bu ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, internet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir.
Unibank-dan kredit götürmək istəyənlər də Hesab.az saytı vasitəsilə istədikləri məbləğdə krediti sifariş edə bilərlər. Bunun üçün "Unibankda kredit sifariş et" linkini aktivləşdirərək, verilən formanı doldurub göndərmək lazımdır.
"Unibank" müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.