...

"FINCA Azerbaijan" Qəbələ və İsmayıllı filiallarının uğurlarına həsr olunmuş tədbirlər keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 19:58 (UTC +04:00)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Qəbələ filialının yeni inzibati binasının açılış mərasimini keçirib.
"FINCA Azerbaijan" Qəbələ və İsmayıllı filiallarının uğurlarına həsr olunmuş tədbirlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Qəbələ filialının yeni inzibati binasının açılış mərasimini keçirib.

FINCA standartlarına tam cavab verən yeni müasir ofis müştərilərin rahatlığını təmin etməklə yanaşı, göstərilən maliyyə xidmətlərinin ən yüksək səviyyədə təşkilinə şərait yaradır.

11 nəfərdən ibarət işçi heyətinə malik Qəbələ filialı cari olaraq 1500 nəfərdən çox müştəriyə - kiçik və orta sahibkarlara biznes və kənd təsərrüfatı kreditləri təqdim etməkdə davam edir.

Elə həmin gün FINCA Azerbaijan-ın 2007-ci ildən etibarən fəaliyyət göstərən İsmayıllı filialının da növbəti uğurlarından birinə - 10 milyon kredit portfeli hədəfinə çatmasına həsr olunmuş tədbir keçirilib. Hər iki tədbirdə təşkilatın rəhbər şəxsləri ilə yanaşı, yerli dövlət qurumları, əməkdaş bankların nümayəndələri, müştərilər və qızlardan ibarət "İvanovka" rəqs qrupu da iştirak edib.

Kredit portfelinə görə Mərkəz regionunda lider olan İsmayıllı filialı tədbirdə filialın 10 milyon kredit portfelinə çatmasında rolu olan müştərisi daxil olmaqla, ən uzun müddət əməkdaşlıq etdiyi 3 müştərisini də dəyərli hədiyyələrlə mükafatlandırıb.

Bununla yanaşı, FINCA Azerbaijan-ın bütün 65 filialında icra olunan "150.000-də bir müştəri" adlı kampaniya çərçivəsində Qəbələ, İsmayıllı və Ağsu rayonlarından olan müştərilərə də xüsusi hədiyyələr təqdim olunub.

İsmayıllı filialı hazırda 35 nəfərdən ibarət işçi heyəti ilə 6000 nəfərdən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti