...

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasına yeni rəhbərlik təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2014 18:28 (UTC +04:00)
Bu gün Bakı Fond Birjasının (BFB) təşəbbüsü ilə "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin növbədənkənar ümumi yığıncağı çağırılıb.
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasına yeni rəhbərlik təyin edilib

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Bu gün Bakı Fond Birjasının (BFB) təşəbbüsü ilə "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin növbədənkənar ümumi yığıncağı çağırılıb.

BFB-dən Trend-ə verilən məlumata görə, iclasda Assosiasiyanın strategiyasının müzakirə olunması, hədəflərinin müəyyən olunması və onun gələcəyinə dair fikir mübadiləsi aparılması məqsədilə birliyin təsisçilərinin, eyni zamanda, ona üzv olmayan, lakin vasitəçilik fəaliyyəti ilə aktiv məşğul olan broker və dilerlərin növbədənkənar iclası keçirilib. İclasda 10 broker və diler şirkətin təmsilçiləri, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı AFBİA-nın fəaliyyətinin cari statusu və onun inkişaf etdirilməsi istiqamətində təkliflər, yeni üzvlərin və vasitəçilik fəaliyyəti ilə məşğul olan bazar iştirakçılarının İB-yə cəlb olunması, strateji tədbirlər planının hazırlanması, təşkilati struktur və İdarə Heyətinin tərkibinə baxılması və s. kimi məsələlər müzakirə olunub.

İclasda peşəkar bazar iştirakçılarını bir araya gətirən, onların ümumi mövqeyini səsləndirən, onlar arasında müəyyən dialoq institutunu yaradan və fəaliyyətini canlandıran təsisatın təşkilatlanmasına ehtiyac artdığı xüsusilə qeyd olunub.

İclasın yekununda AFBİA-nın yeni sədri Ceyhun İbrahimov, sədr müavini isə İntiqam Səfərəliyev seçilib.

Qeyd edək ki, C.İbrahimov "İnvest-AZ" şirkətinin direktor müavini, İ.Səfərəliyev isə "Chelsea Capital "şirkətinin direktoru vəzifəsində çalışır.

AFBİA 2 may 2007-ci ildə təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti