Azərbaycan, Bakı, 18 avqust /Trend/
"Unibank"ın ALBALI PLUS Kuboku uğrunda futbol çempionatı başa çatıb.
Bankdan Trend-ə verilən məlumata görə, final oyunlarının keçirilməsi və qaliblərin mükafatlandırılması tədbirində ALBALI PLUS (ALBALI) kartının partnyorları ilə yanaşı, bankın müştəriləri də iştirak edib. Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə, müğənni Elnarənin ifa etdiyi vətənpərvərlik mahnıları, çempionluq uğrunda yarışanları qələbəyə daha da ruhlandırıb.
Tədbirə qatılanlar əvvəlcə 3-cü yer uğrunda Unibank-ın "Ahmedli branch" komandası ilə "Sinteks" şirkətinin komandasının oyununu izləyiblər. Oyunun nəticələrinə əsasən, ALBALI PLUS Kuboku uğrunda futbol çempionatında 3-cü yeri "Sinteks" komandası tutub.
Çempionatın ən gərgin və həyəcanlı oyunu isə 1-ci yer uğrunda yarış olub. Mərkəzi Bankın komandası ilə "Unibank"ın "Bankers" komandası həyəcanlı azarkeş dəstəyi ilə gərgin və peşəkar oyun nümayiş etdiriblər. Nəticələrə əsasən, "Bankers" komandası çempionatın əsas kubokunu qazanıb. İkinci yeri Mərkəzi Bankın komandası, 3-cü yeri isə "Sinteks" tutub. Peşəkar hakimlər tərəfindən və olimpiya sistemi ilə keçirilən futbol çempionatının "ən yaxşı qapıçısı", "ən çox qol vurmuş oyunçu" və "final qarşılaşmasının ən yaxşı oyunçusu" da müəyyən edilərək mükafatlandırılın. İlk 3 yeri tutan komandalara pul mükafatı ilə yanaşı, kubok və medallar təqdim olunub.
Qeyd edək ki, ALBALI PLUS Kuboku uğrunda futbol çempionatında "Unibank" əməkdaşlarından ibarət komandalarla yanaşı, Mərkəzi Bankın və 10-dan artıq şirkətin - MilliKart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market, Integral, World Telecom, BOA, ABC Telecom (Kontakt) və Flexi Kredit komandası iştirak edib.