...

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2014 19:51 (UTC +04:00)
Hesablama Palatasının növbəti Kollegiya iclasında “Aztelekom” İstehsalat Birliyi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair həyata keçirilmiş audit tədbirinin nəticələri barədə hesabat və rəy geniş müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Hesablama Palatasının növbəti Kollegiya iclasında "Aztelekom" İstehsalat Birliyi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair həyata keçirilmiş audit tədbirinin nəticələri barədə hesabat və rəy geniş müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Trend Palatanın rəsmi saytına istinadən məlumat verir ki, müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin yerli xərclərindən Zaqatala Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və onun tabeliyində olan struktur vahidlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə və dövlət əsaslı vəsait qoyuluşundan "Bakıelektrikşəbəkə" ASC-yə ayrılan vəsaitlərdən istifadəyə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti